XİN Azərbaycan vətəndaşlarına müraciət edib

Baş səhifə

Bakı. Trend:

Məlumdur ki, mövcud beynəlxalq təhlükəsizlik mühitində daha da
artan gərginlik, müxtəlif regionlarda, o cümlədən Ukrayna və Yaxın
Şərqdə davam edən silahlı münaqişələr beynəlxalq sülh və
təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqdadır.

Təəssüf ki, belə ərazilərdə olan Azərbaycan vətəndaşlarının
silahlı toqquşmalar və hərbi əməliyyatlar nəticəsində həlak olması
və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları qeydə
alınır.

Bu cür hadisələr münaqişə zonalarında və onların yaxınlığında
yerləşən ərazilərdə təhlükəsizlik risklərinin son dərəcə yüksək
olduğunu bir daha nümayiş etdirir və həmin bölgələrə səfər edən və
ya fəaliyyət göstərən vətəndaşlarımızın həyat və sağlamlığı üçün
ciddi təhlükələr yaradır.

Bu kontekstdə, vətəndaşlarımıza xarici ölkələrə səfər etməzdən
əvvəl təhlükəsizlik vəziyyətini diqqətlə qiymətləndirmələrinə,
rəsmi dövlət qurumlarının xəbərdarlıq və tövsiyələrini nəzərə
almalarına, münaqişə və hərbi əməliyyatların aparıldığı ərazilərə
səfərlərdən yayınmalarına bir daha çağırış edirik.

Bununla yanaşı, vətəndaşların muzdlu və ya könüllü əsasda xarici
dövlətlərin ərazisində silahlı münaqişələrdə və hərbi
əməliyyatlarda hər hansı bir formada iştirakının Azərbaycan
qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti ehtiva etdiyini
bir daha diqqətə çatdırırıq.

Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və
konsulluqları xaricdə olan vətəndaşlarımızın hüquq və maraqlarının
müdafiəsi istiqamətində fəaliyyətlərini davam etdirir.

Bununla yanaşı, hər bir vətəndaşın öz təhlükəsizliyinə
məsuliyyətlə yanaşması və yüksək riskli fəaliyyətlərdən uzaq
durması xüsusi əhəmiyyət kəsb edir.

Xarici İşlər Nazirliyi beynəlxalq vəziyyətlə bağlı inkişafları
diqqətlə izləməyə davam edir.

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir