
Moskva vilayətinin Balaşixa şəhərində avtomobil partlayıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, partlayış səhər saat 05:30 radələrində baş verib.
Şahidlərin sözlərinə görə, sürücü BMW X3 avtomobilinin mühərrikini işə salanda avtomobil partlayıb.
Şahidlər sürücünü yanan avtomobildən çıxara biliblər, lakin o, daha sonra ölüb.
Faktla bağlı Rusiya İstintaq Komitəsində cinayət işi açılıb, araşdırma aparılır.

