VISA ilə Azərbaycan Milli Olimpiya Komitəsi arasında memorandum imzalandı

Baş səhifə

Bakı. Trend:

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk
Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı ikigünlük
beynəlxalq tədbir çərçivəsində VISA ilə Azərbaycan Milli Olimpiya
Komitəsi arasında memorandum imzalanıb.

Trend xəbər
verir ki, sənədin imzalanması mərasimi sammit çərçivəsində
keçirilən xüsusi sessiyada baş tutub.




Memorandumun əsas məqsədi rəqəmsal ödəniş həllərinin inkişafı,
idman sahəsində innovativ maliyyə texnologiyalarının tətbiqi, eləcə
də beynəlxalq layihələr üzrə əməkdaşlığın genişləndirilməsidir.

Qeyd edək ki, “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026:
Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” tədbiri maliyyə
sektoru nümayəndələri, beynəlxalq təşkilatlar və dövlət
qurumlarının iştirakı ilə keçirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir