Dost ölkə 20 ildən sonra “qara siyahı”dan çıxarıldı

Baş səhifə

Avropa İttifaqı Qırğızıstan aviadaşıyıcılarına tətbiq olunan uçuş qadağasını ləğv edib.

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov məlumat verib.

Onun sözlərinə görə, ölkənin aviasiya təhlükəsizliyi sahəsində gördüyü işlərin nəticəsi olaraq Qırğızıstan Avropa İttifaqının aviasiya üzrə “qara siyahısı”ndan çıxarılıb.

Qeyd edək ki, Qırğızıstan aviadaşıyıcılarına tətbiq edilən məhdudiyyətlər 2006-cı ildən qüvvədə idi. Beləliklə, 20 ildən sonra ölkənin aviaşirkətlərinin Avropa İttifaqı məkanına uçuşları ilə bağlı qadağa aradan qaldırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir