Qeyri-adekvat hərəkətlər edən qadın xəstəxanaya yerləşdirilir

Baş səhifə

Paytaxtın Nəsimi rayonunda avtomobil yolunda qeyri-adekvat hərəkətlər edən qadın polis əməkdaşları tərəfindən müəyyən edilib.

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən bildirilib ki, aparılan araşdırmalarla həmin şəxsin 1981-ci il təvəllüdlü qadın olduğu və psixi sağlamlığı ilə bağlı qeydiyyatda olduğu müəyyən olunub. Məlumata görə, o, ailə üzvlərinin nəzarətindən yayınaraq avtomobil yoluna çıxıb.

Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir