DÇ-2026-nın açılış oyununun hakimlər briqadası açıqlanıb

Baş səhifə

Bakı. Trend:

DÇ-2026-nın açılış oyununu idarə edəcək hakimlər briqadası
açıqlanıb.

Trend xəbər
verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

A qrupunda Meksika və CAR milliləri arasında keçiriləcək açılış
qarşılaşmasını braziliyalı hakim Vilton Sampaio idarə edəcək. Ona
həmyerliləri Bruno Pires və Bruno Boşilya kömək edəcəklər. VAR
hakimi funksiyasını isə kolumbiyalı Nikolas Qallo yerinə
yetirəcək.




Qarşılaşma iyunun 11-də Mexikoda keçiriləcək və Bakı vaxtı ilə
saat 23:00-da start götürəcək.

Xatırladaq ki, DÇ-2026 mundiallar tarixində ilk dəfə 48
komandanın iştirakı ilə keçiriləcək. FİFA turnirin oyunlarına 52
baş hakim, 88 köməkçi hakim və 30 VAR hakimi təyin edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir