
Bakı.Trend
“Tali̇ban” hərəkatının lideri Hibatullah Axundzadə hərəkat
üzvlərinə və dövlət qulluqçularına smartfonlardan istifadə etməyi
qadağan edib.
Trend xəbər verir
ki, bu barədə “Afghanistan International” telekanalı müvafiq əmrlə
bağlı məlumat yayıb.
Sənədə əsasən, qaydanı pozanlar hərbi məhkəmələr vasitəsilə
məsuliyyətə cəlb olunacaqlar, lakin konkret cəza tədbirləri
açıqlanmır. Qərarın icrasına nəzarət üçün vəzifəli şəxslər və
əməkdaşlar barədə məlumatları, o cümlədən onların vəzifələri, iş
yerləri və telefon nömrələrini əhatə edən xüsusi reyestr
yaradılıb.
Qadağa Əfqanıstanda müasir rabitə vasitələrinin
məhdudlaşdırılması siyasətinin davamıdır. Bundan əvvəl
smartfonlardan istifadə artıq məktəblərdə və mədrəsələrdə də
qadağan edilmişdi. Ölkənin ali təhsil naziri əvvəllər smartfonları
“müsəlmanların üç əsas düşmənindən biri” kimi qələmə vermişdi.

