İranın iki HHM hərbçisi öldü

Baş səhifə

İsrailin ötən gün həyata keçirdiyi zərbələr nəticəsində İranın hava hücumundan müdafiə qüvvələrinin azı iki hərbçisi həlak olub.

Modern.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, hərbçilər İsrailin endirdiyi zərbələr zamanı həyatlarını itiriblər. Hadisənin baş verdiyi ərazi və digər təfərrüatlar barədə əlavə məlumat verilməyib.

İran rəsmiləri insidentlə bağlı araşdırmaların davam etdiyini bildiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir