Rusiya Krıma quru dəhlizi ilə yükdaşımaları dayandırıb

Baş səhifə

Rusiya hərbi rəhbərliyi Krıma aparan quru avtomobil dəhlizi ilə logistik yükdaşımaları məhdudlaşdırmaq qərarı verib.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (“Madyar”) məlumat verib.

Onun sözlərinə görə, qərar işğal altındakı ərazilərdən keçən Mariupol–Berdyansk–Melitopol–Simferopol marşrutunu əhatə edən “Novorossiya” magistralına şamil olunub.

Brovdi bildirib ki, Ukrayna qüvvələrinin uğurlu zərbələri nəticəsində bu marşrut üzrə yük axını 71 faiz azalıb. Bu səbəbdən Rusiya tərəfi Krımdakı hərbi qruplaşmanın təminatı üçün alternativ marşrutlardan istifadə etməyə məcbur olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir