
Bakı. Trend:
Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musar
Prezident İlham Əliyevə məktub göndərib.
Trend xəbər
verir ki, məktubda qeyd olunub:
“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə
Sloveniya Respublikasının xalqı adından və öz adımdan Sizi
səmimi-qəlbdən təbrik edirəm.
Ölkələrimiz arasındakı davamlı konstruktiv əməkdaşlıq və dostluq
münasibətlərindən çox məmnunam. Əminəm ki, qarşılıqlı maraq doğuran
bütün istiqamətlərdə ikitərəfli əlaqələrimizi dərinləşdirəcək və
bir çox sahələrdə əməkdaşlığı daha da inkişaf etdirəcəyik.
Həm Sloveniya, həm də Azərbaycan beynəlxalq sabitliyə və davamlı
inkişafa sadiq qaldığı üçün inanıram ki, Avropa və beynəlxalq
birlik çərçivəsində əməkdaşlığımız daha da genişlənəcək və
möhkəmlənəcək.
Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və yaxşı
münasibətlərin qurulması istiqamətində davam edən səylərinizi
yüksək qiymətləndirirəm və Sizə uğurlar arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş
edirəm”.

