Nigeriya vəbadan ölənlərin sayı 74 nəfərə çatıb

Baş səhifə

Bakı.Trend:

Nigeriyanın şimal-şərqində vəba xəstəliyinə yoluxanların sayı 7
850 nəfərə çatıb, may ayında başlayan yoluxma dalğasından bəri 74
ölüm halı qeydə alınıb.

Trend xəbər veri
ki, bu barədə “Reuters” “Sərhədsiz Həkimlər” təşkilatına istinadən
məlumat yayıb.

Ölkədə bu yoluxma dalğası səhiyyə sahəsində fövqəladə vəziyyət
kimi qiymətləndirilir. Buna görə də epidemiyanın daha da
genişlənməsinin qarşısını almaq məqsədilə həm yerli, həm də
beynəlxalq səviyyədə bütün mümkün tədbirlər görülür.




Hazırda xəstəliyin episentri Borno ştatının inzibati mərkəzi
olan Mayduquri şəhəridir və qeydə alınan yoluxmaların yarıdan çoxu
məhz bu şəhərin payına düşür. Ümumilikdə xəstəlik 36 rayonu əhatə
edib.

İyunun 3-nə olan məlumata görə, Borno ştatının hakimiyyət
orqanları 4 204 yoluxma və vəbadan 39 ölüm halının qeydə alındığını
bildirmişdilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir