
Bakı.Trend:
Ermənistanda iş adamı və “Çiçəklənən Ermənistan” partiyasının
sədri Qaqik Tsarukyana qarşı cinayət işi açılıb.
Trend xəbər verir
ki, bu barədə Ermənistanın baş prokurorluğu məlumat yayıb.
Tsarukyan xüsusilə iri məbləğd vergidən yayınmaqda ittiham
olunur.
Bu arada erməni “Telegram” kanallarında əsasən bu gün Qaqik
Tsarukyan Zvartnos beynəlxalq hava limanı ilə ölkəni tərk etməyə
cəhd etsə də, hüquq mühafizə orqanları onun Ermənistandan çıxışına
icazə verməyib.

