İngiltərə klubu PSJ-dən 115 milyon avro tələb edir

Baş səhifə

Bakı. Trend:

“Aston Villa”nın aparıcı oyunçularından olan Morqan Rocers
karyerasını Fransada davam etdirə bilər.

Trend xəbər
verir ki, PSJ ingiltərəli futbolçunu transfer etmək istəyir. Bu
barədə “Foot Mercato” məlumat yayıb.




Premyer Liqa klubu Rocersin qiymətini müəyyənləşdirib. Onlar 23
yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 115 milyon avro tələb
edirlər.

Qeyd edək ki, “Aston Villa” Morqan Rocersi 2024-cü ilin
fevralında “Midlsbro”dan 9,4 milyon avroya transfer edib. İngiltərə
millisinin üzvü 2025/26 mövsümündə Birmingem təmsilçisinin
heyətində meydana çıxdığı 55 rəsmi matçda 14 qol və 12 məhsuldar
ötürmə ilə yadda qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir