17 yaşlıllarımız yenə uduzdu

Baş səhifə

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstan yığmasına ikinci yoxlama oyununda da uduzub.

Modern.az xəbər verir ki, görüş bu gün Qəbələ şəhər stadionunda baş tutub.

Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda rəqibinə 0:1 hesabı ilə məğlub olub.

Xatırladaq ki, komandalar arasında keçirilən ilk görüşdə Qazaxıstan millisi 5:2 hesablı qələbə qazanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir