Fransa İsrailin daha bir nazirinin ölkəyə girişini qadağan etdi

Baş səhifə

Bakı. Trend:

Fransa İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriçin
ölkəyə girişini qadağan edib.

Trend xarici
mediaya istinadla xəbər verir ki, bunu Fransa xarici işlər naziri
Jan-Noel Barro bildirib.

“Bu, fələstinlilərə qarşı məskunlaşma zorakılığına görə digər
ölkələrlə əlaqələndirilmiş sanksiyaların bir hissəsidir. Fransanın
sanksiyaları Qərb Şəriyədə məskunlaşma fəaliyyətinin və zorakılığın
artmasına görə məsul olanları hədəf alan Britaniya, Kanada,
Avstraliya, Norveç və Yeni Zelandiya ilə əlaqələndirilmiş şəkildə
həyata keçirilib”, – deyə Fransa XİN rəhbəri qeyd edib.




O bildirib ki, Smotriç Qərb Şəriyənin ilhaqını, Qərb Şəriyədə
yeni məskunlaşmaların yaradılmasını, Qəzzanın yenidən
müstəmləkələşdirilməsini, Fələstin Muxtariyyətinin iqtisadi
çöküşünü və bunun Fələstin əhalisi üçün zərərli nəticələrini fəal
şəkildə təbliğ edir:

“Bu, iki dövlətli həll yoluna qəti şəkildə sadiq olan beynəlxalq
ictimaiyyətin böyük əksəriyyətinin qəbul edə bilməyəcəyi bir
siyasətdir”.

Qeyd edək ki, Smotriç Fransaya girişi qadağan edilən İsrail
hökumətinin ikinci üzvüdür. Daha əvvəl İsrailin Milli Təhlükəsizlik
Naziri İtamar Ben Qvirə Fransaya girişin qadağan edilmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir