Britaniyada hökumət binasında gizli kamera aşkar edilib

Baş səhifə

Bakı.Trend:

Böyük Britaniyanın təhlükəsizlik xidmətinin əməkdaşları hökumət
binasında gizli kamera aşkar ediblər.

Trend xəbər verir
ki, bu barədə “The i Paper” nəşri məlumat yayıb.

“Londonun mərkəzindəki Viktoriya rayonunda yerləşən
Marşam-stritdəki binada çalışan təhlükəsizlik əməkdaşları (həmin
binada Daxili İşlər Nazirliyi və Mənzil Tikintisi, İcmalar və Yerli
Özünüidarəetmə Nazirliyinin (MHCLG) yerləşdiyi geniş ofis kompleksi
fəaliyyət göstərir) tavan panelində gizlədilmiş kamera aşkar
ediblər”, – deyə materialda bildirilir.




Elektron cihaz nazirlərin kabinetlərində və ya onların
yaxınlığında deyil, bir neçə dövlət qulluqçusunun istifadə etdiyi
ümumi sahədə aşkarlanıb. Kameranın ora necə yerləşdirildiyi və nə
qədər müddət ərzində orada qaldığı hələlik məlum deyil.

Son aylarda Marşam-stritdəki binada qəbul edilmiş ən rezonanslı
qərarlardan biri Çinin Londonun mərkəzində nəhəng yeni səfirlik
kompleksi tikmək planlarının təsdiqlənməsi olub. Bu qərar,
əleyhdarların həmin məkanın casusluq fəaliyyəti üçün baza kimi
istifadə oluna biləcəyi və təhlükəsizlik üçün risk yaratdığı barədə
xəbərdarlıqlarına baxmayaraq qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir