Şahbuzun Kükü kəndinə dolu yağıb

Baş səhifə

Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti müşahidə olunur.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən APA-ya verilən məlumata görə, muxtar respublikanın bəzi dağlıq və dağətəyi ərazilərində yağıntılı hava şəraiti qeydə alınıb.

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb. Məlumata əsasən, yağan dolunun diametri 1 santimetr olub.

Hazırda bölgədə hava şəraiti nəzarətdə saxlanılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir