Azərbaycan milli komandası San-Marinonu məğlub etdi

Baş səhifə

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq oyununu keçirib.

Modern.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv San Marino yığması ilə qarşılaşıb.

Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda baş tutan görüşdə millimiz 2:1 hesablı qələbə qazanıb.

Millinin heyətində qolları Rəhman Daşdəmirov (27) və Renat Dadaşov (49) vurublar.

Xatırladaq ki, Azərbaycan millisi ilk yoldaşlıq oyununda Maltaya iki cavabsız qolla uduzub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir