Yol polisi “Son zəng” tədbirləri ilə bağlı çağırış edib

Baş səhifə

Bakı. Trend:

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng”
tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul
olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli
olmağa çağırıb.

Bu barədə Trend-ə idarədən məlumat verilib.

Bildirilib ki, bəzi hallarda məzunlar və ya yetkinlik yaşına
çatmayan şəxslər əyləncə məqsədilə müxtəlif nəqliyyat vasitələrini
icarəyə götürməyə cəhd edir.

“Nəzərə almaq lazımdır ki, sürücülük hüququ olmayan şəxslərin
sükan arxasına əyləşməsi qanunvericiliyin tələblərinin zidd olmaqla
yanaşı, onların və digər hərəkət iştirakçılarının həyat və
sağlamlıqları baxımından olduqca təhlükəlidir.




Bununla əlaqədar avtomobil icarəsi şirkətlərindən xahiş olunur
ki, nəqliyyat vasitələrinin icarəyə verilməsi zamanı sürücülük
vəsiqəsinin etibarlılığına, şəxsin yaşına və nəqliyyat vasitəsini
idarə etmək hüququna xüsusi diqqət yetirsinlər. “Son zəng”
tədbirləri ilə bağlı əyləncə məqsədilə məktəblilərə və ya sürücülük
hüququ olmayan şəxslərə avtomobil təqdim etməsinlər.

Belə hal aşkarlandığı təqdirdə həmin şəxslər barəsində
qanunamüvafiq tədbirlər həyata keçiriləcək.

Bu məsələdə göstəriləcək həssas yanaşma mümkün xoşagəlməz
hadisələrin qarşısının alınmasına və məzun gününün təhlükəsiz
şəraitdə keçirilməsinə xidmət edəcək”, – deyə müraciətdə qeyd
olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir