Müharibədə daha 6 soydaşımız həlak oldu – ÖZƏL

Baş səhifə

Rusiya-Ukrayna müharibəsində daha 6 azərbaycanlı həlak olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, onlar Rusiya ordusunun tərkibində Ukraynanın Donetsk, Zaporojye və Xarkov vilayətlərində gedən döyüşlər zamanı həyatlarını itiriblər.

Həlak olan şəxslər bunlardır:

Yaqubov Cəbrayıl Mehman oğlu – 26 avqust 1985-ci ildə anadan olub. Kareliya Respublikasının Kondopoqa şəhərində yaşayıb.

Mirzəyev Rəşad Müsavat oğlu – 10 dekabr 1984-cü ildə anadan olub. Sverdlovsk vilayətinin Nevyansk şəhərində yaşayıb.

Hüseynov Tural Məhərrəməli oğlu – 28 mart 1988-ci ildə anadan olub. Ryazan vilayətinin Mixaylov şəhərində yaşayıb.

Şıxıyev Elmir Polad oğlu – 8 fevral 1997-ci ildə Azərbaycanda anadan olub. Arxangelsk şəhərində yaşayıb.

Adil Fikrət oğlu Hümmətov – 23 yanvar 1998-ci ildə anadan olub. Oryol vilayətinin Şablykino qəsəbəsində yaşayıb.

Məmmədov Eldar Sabir oğlu – 9 oktyabr 1968-ci ildə anadan olub. Tatarıstan Respublikasının Kazan şəhərində yaşayıb.

Məlumata görə, sözügedən şəxslər Donetsk və Zaporojye vilayətləri istiqamətində aparılan döyüş əməliyyatları zamanı həlak olublar.

Bununla da Rusiya-Ukrayna müharibəsində həyatını itirən azərbaycanəsilli şəxslərin sayı daha da artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir