Zakir Həsənov Serbiyada rəsmi səfərdədir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənov Serbiya Respublikasında rəsmi səfərdədir.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Azərbaycan nümayəndə heyəti Belqraddakı
Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb
yazıçısı Milorad Paviçin abidələrini, eləcə də Milika Rakiçə həsr
olunmuş memorial kompleksini ziyarət edib, önünə əklillər
qoyub.

Sonra səfərin proqramına əsasən, general-polkovnik Zakir Həsənov
Serbiya Respublikasının müdafiə naziri cənab Bratislav Qaşiç ilə
görüşüb.




Protokola uyğun olaraq təşkil edilən rəsmi qarşılanma mərasimdə
hər iki ölkənin müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən
keçiblər. Azərbaycan və Serbiya respublikalarının Dövlət himnləri
səsləndirilib.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi
təhsil sahələrində əlaqələrin cari vəziyyəti və inkişaf
perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb,
regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra
digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, səfər çərçivəsində müdafiə nazirinin Serbiyanın
Buyanovats şəhəri yaxınlığında keçirilən “Platinum Wolf – 2026”
beynəlxalq taktiki təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə
iştirakı planlaşdırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir