Azərbaycanda ÜDM-in həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycanda 51 milyard 783,8
milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Trend Dövlət Statistika
Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə
nisbətən eynidir.




Son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 1 faiz azalaraq 16
milyard 125,4 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri
isə 0,4 faiz artaraq 35 milyard 658,4 milyon manata çatıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir