Sabah 33 dərəcə isti olacaq

Baş səhifə

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Şimal-şərq
küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 29-33° isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət
gecə 60-70 %, gündüz 45-50 % olacaq.




Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq.
Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə
yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə
intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə
və səhər bəzi yerlərdə duman. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-33° isti,
dağlarda gecə 8-13° isti, gündüz 17-22, bəzi yerlərdə 25-28° isti
olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir