Eynulla Fətullayev Bakıdakı restoranını da satıb – Təsdiqlədi

Baş səhifə

Tanınmış jurnalist Eynulla Fətullayevin rəhbərlik etdiyi Haqqın.az saytını satdığı barədə məlumat vermişdik.

Modern.az xəbər verir ki, jyrnalist Bakıda ona məxsus olan restoranı da satdığını bildirib.

Jurnalist qısa açıqlamasında bunu təsdiqləyib.

“Məlumat üçün bildirirəm ki, “Ağabala” restoranını çoxdan satmışam… Azərbaycan ərazisində biznes fəaliyyətim yoxdur”, – deyə o qeyd edib.

Eynulla Fətullayev Azərbaycanı tərk edərək Türkiyənin İstanbul şəhərinə köçdüyünü qeyd edib: “Gələcək planlarıma gəldikdə isə hələlik biznes fəaliyyətilə məşğul olmaq istəyirəm”. 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir