Bakıdan bu şəhərə birbaşa reys açılır

Baş səhifə

“Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakı–Maskat aviareysinin açılmasını planlaşdırır.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Omandakı səfirliyinin məlumatında bildirilib.

Məlumata əsasən, AZAL Oman Sultanlığının paytaxtı Maskatda Bakı–Maskat çarter reysinin təqdimat mərasimini keçirib. Tədbirdə Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov da iştirak edib.

Mərasimdə çıxış edən diplomat yeni aviareysin Azərbaycan və Oman arasında turizm, biznes və insanlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcəyini qeyd edib.

Yeni marşrutun iki ölkə arasında əməkdaşlığın inkişafına əlavə imkanlar yaradacağı vurğulanıb. (“Report”)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir