
Bakı. Trend:
Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın sənaye
müəssisələri və bu sektorda fəaliyyət göstərən fərdi sahibkarlar
tərəfindən 27,524 milyard manat dəyərində sənaye məhsulu istehsal
edilib.
Trend xəbər
verir ki, bu barədə Dövlət Statistika Komitəsi tərəfindən dərc
edilmiş “Ölkənin 2026-cı ilin yanvar-may ayları üzrə
sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri”
hesabatında deyilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real
ifadədə 0,2% artım deməkdir.
Hesabat dövründə qeyri-neft və qaz sənayesində istehsalın dəyəri
8,956 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə
müqayisədə 5,8% artım deməkdir.
Qeyd edək ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycanın
ümumi daxili məhsulu (ÜDM) 51,784 milyard manat təşkil edib.
Məlumatlara görə, ölkə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə
müqayisədə real ifadədə 0,2% artıb.
Hesabat dövründə neft-qaz sektorunda əlavə dəyər 1% azalaraq
16,125 milyard manata, qeyri-neft-qaz sektorunda isə 0,4% artaraq
35,658 milyard manata çatıb.

