Virtual məkan ciddi risk mühitinə çevrilib – Nazir müavini

Baş səhifə

Bakı. Trend:

İndi uşaqların qarşılaşdığı təhlükə yalnız küçə və məişət mühiti
ilə məhdudlaşmır.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu Daxili işlər nazirinin
müavini İsmət Əliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq
düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı
kitabın təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, virtual məkan da ciddi risk mühitinə
çevrilib:




“Kütləvi informasiya vasitələri və sosial şəbəkələr üzərindən
psixoloji təzyiq, zərərli kontent, şantaj, onlayn istismar və digər
təhlükəli halların baş verməsi müşahidə olunur. Bu baxımdan, müasir
texnologiyaların yaratdığı çağırışlara uyğun olaraq maarifləndirmə
və məlumatlılığın artırılması məqsədilə valideynlər və təhsil
müəssisələri ilə birlikdə kompleks tədbirlər həyata keçirilir.
Uşaqların hüquqlarının qorunması yalnız bir qurumun fəaliyyəti ilə
təmin edilmir.

Bu, dövlət orqanları, təhsil müəssisələri, ailələr və vətəndaş
cəmiyyəti təşkilatları arasında koordinasiyalı əməkdaşlıq tələb
edir. Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları ilə
birgə fəaliyyət çərçivəsində müxtəlif tədbirlər təşkil edilir.
Yerli icra hakimiyyətləri yanında fəaliyyət göstərən
komissiyaların, sosial işçilərin, hüquq-mühafizə orqanlarının
nümayəndələrinin və gənclər təşkilatlarının iştirakı ilə orta
ümumtəhsil məktəblərində görüşlər keçirilir, ictimai maarifləndirmə
tədbirləri təşkil olunur. Eyni zamanda uşaqların hüquq pozmalarının
qarşısının alınması və təhsil müəssisələrində təhlükəsiz mühitin
təmin edilməsi məqsədilə müvafiq monitorinqlər həyata
keçirilir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir