
Bakı. Trend:
Honkonqda ötən il təxminən 170 nəfərin ölümünə səbəb olan böyük
yanğınla əlaqədar yeddi fiziki və iki hüquqi şəxsə qarşı ittiham
irəli sürülüb.
Xarici media yazır ki, təqsirləndirilənlər arasında binada təmir
işləri aparan tikinti şirkətinin rəhbərliyi də var.
Onlar yanğınla birbaşa əlaqəsi olmayan çirkli pulların yuyulması
və vergidən yayınma da daxil olmaqla ümumilikdə 25 maddə ilə
ittiham olunurlar.
Növbəti məhkəmə iclası sentyabr ayında keçiriləcək.
26 noyabr 2025-ci ildə Honkonqda yaşayış kompleksində yanğın baş
verib. Əvvəlcə binalardan birinin xarici hissəsində yerləşən
bambukdan hazırlanmış iskələ və tikinti torları alovlanıb. Yanğın
tez bir zamanda yayılıb və tezliklə digər binaları da bürüyüb.
Ölənlərin sayı 168 nəfər olub. Kompleksdə təxminən 2000 mənzil
olub və orada çoxlu sayda yaşlı insan da daxil olmaqla təxminən
4800 sakin yaşayıb. Kompleks 1980-ci illərdə inşa edilib.

