
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp bildirib ki, İran hakimiyyəti
Vaşinqtonla böhranın həlli üzrə danışıqları təxirə salıb və bu cür
hərəkətlərin nəticələri ilə üzləşməlidir.
Tramp Truth Social-da yazıb: “Onlar üçün əla olacaq bir
razılaşmanı müzakirə etmək üçün çox vaxt itirdilər, indi bunun
bədəlini ödəməlidirlər!”
Eyni zamanda, o, İranın silahlı qüvvələrinin nizamsız vəziyyətdə
olduğunu və İran Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin
tamamilə məğlub edildiyini əminliklə bildirib. “Onlar tamamilə
məğlub olublar”, – deyə prezident vurğulayıb.
İran-ABŞ münaqişəsi ABŞ ordusunun Hörmüz boğazında Qeşm adasına
və İran sahili boyunca hava hücumundan müdafiə obyektlərinə hücum
etməsindən və Apaçi helikopterinin vurulmasında İranı
günahlandırmasından sonra daha da şiddətlənib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu da öz növbəsində ABŞ-ın
Hörmüz boğazındakı İran sahillərinə və adalarına endirdiyi
zərbələrə cavab olaraq 21 Amerika hədəfinə hücum edərək onlardan
dördünü məhv etdiyini açıqlayıb. Məlumata görə, İranın Yaxın
Şərqdəki ABŞ ilə əlaqəli hədəflərə endirdiyi zərbələrin 70%-ni
uğurlu olub.

