
Bakı. Trend:
Serbiya Prezidenti Aleksandar Vuçiç gələcək siyasi planları
barədə danışaraq dövlət başçısı vəzifəsindən istefa verib Baş nazir
postuna namizəd ola biləcəyini istisna etməyib.
Bu barədə o, “Belqrad Radiosu”nun efirində çıxışı zamanı
bildirib.
Vuçiçin sözlərinə görə, o, yaxın aylarda — hətta üç-dörd ay daha
tez — prezident postunu tərk etmək ehtimalını da nəzərdən
keçirir.
Serbiya lideri əlavə edib ki, Baş nazirliyə namizəd olması
ehtimalını gündəlik olaraq dəyərləndirir.
Qeyd edək ki, Aleksandar Vuçiç ilk dəfə 2017-ci ildə Serbiya
Prezidenti seçilib.

