
Bakı. Trend:
Qızılın dünya bazarındakı qiyməti azalmağa davam edir.
COMEX birjasının məlumatlarına əsasən, 2026-cı ilin avqust ayı
üzrə qızıl füçerslərinin dəyəri bir Trua unsiyası üçün 4 100 ABŞ
dollarından aşağı düşüb. Bu, noyabrın 24-dən bəri ilk belə
haldır.
Bakı vaxtı ilə saat 00:11-ə olan məlumata görə, qızılın qiyməti
4.53% azalaraq bir unsiya üçün 4 092.3 dollar təşkil edib.

