Bəzi rayonlara dolu düşüb

Baş səhifə

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin iyunun 11-i saat 10:00-a
olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı
hava şəraiti davam edir. Arabir şimşək çaxır, leysan xarakterli
yağış yağır.

Düşən yağıntının miqdarı Daşkəsəndə 22, Şəmkirdə 14, Gədəbəydə
13, Tovuz, Kişçayda (Şəki) 11, Goranboyda 8, Göygöldə 6, Qax,
Yevlaxda 5, Oğuzda 4, Şahbuz, Mingəçevir, Ağstafa, Zaqatala,
Zərdab,Tərtər, Yardımlıda 3, Ordubad, Ağdam, Balakəndə 2, Sədərək,
Şərur, Culfa, Bərdə, Gəncə, İmişli, Qəbələ, Şahdağ, Xınalıq, Qusar,
Qrız, Göyçay, Naftalan, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, Xocalı,
Füzulidə 1 mm-dək qeydə alınır.




İyunun 10-da saat 20:10 radələrində Kəlbəcər rayonuna, saat
21:23-21:30 radələrində Gədəbəy rayonuna diametri 18 mm, saat 21:12
radələrində rayonun Düzyurd, Aytala, Gərgər, Qarıkənd, Yenikənd,
Maarif, Qaradağ, Arıqdam kəndlərinə, saat 22:05-22:07 radələrində
Daşkəsən rayonuna diametri 15 mm, eyni zamanda rayonun Quşçu,
Xoşbulaq kəndlərinə, saat 22:20 radələrində Qazax rayonuna, iyunun
11-i səhər saatlarında isə Göygöl rayonuna xırdadənəli dolu
düşüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir