
Bakı. Trend:
Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən
restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa
müddətdə məhdudlaşdırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat
yayıb.
Bildirilib ki, yanğının tam söndürülməsi istiqamətində əməliyyat
davam etdirilir.
xxx
11:27
Bakının Nərimanov rayonunda obyektdə yanğın baş verib.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti
məlumat yayıb.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri,
Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə yanğın
baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam
etdirilir.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

