
Bakı. Trend:
Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraitinin
bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən ayrı-ayrı
yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu
düşəcəyi, bəzi dağlıq və dağətəyi rayonlarda isə yağıntının bir
qədər güclənəcəyi ehtimalı var.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı,
bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal
olunur.

