
Bakı. Trend:
Təhsil müəssisəsində şagirdin davamlı aqressiya və təzyiqlərə
məruz qalması inzibati xətadır və bunun üçün inzibati məsuliyyət
müəyyənləşdirilib.
Bu barədə Baş Prokurorluğun “Instagram” səhifəsində yayımlanan
canlı yayımda Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları
məsələləri idarəsinin rəisi Aynur Osmanova bildirib.
Onun sözlərinə görə, istər məktəb, mədəni yerlər, istirahət
mərkəzləri, eləcə də penitensiar xidmət müəssisələrində uşaq və
yeniyetmələr davamlı təzyiqə məruz qaldığı zaman qarşısı alınmırsa,
ordakı işçilər, rəhbərlik məsuliyyət daşıyırlar.
Qeyd edilib ki, bu kimi hallar baş verdiyi zaman vətəndaşlar
ad-soyad, qeydiyyat və yaşayış ünvanı, əlaqə nömrəsi qeyd etməklə
prokurorluq orqanlarına müraciət edə bilərlər.

