Bruney Sultanı Prezident İlham Əliyevi təbrik edib

Baş səhifə

Bakı. Trend:

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Prezident
İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunub.

“Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan
Respublikası Hökumətinə və xalqına ən səmimi təbriklərimi
çatdırmaqdan məmnunam.

Bruney-Darüssəlam ilə Azərbaycan Respublikası arasında otuz
ildən artıqdır mövcud olan səmimi dostluq münasibətlərini çox
yüksək qiymətləndirirəm. Ölkələrimizin bu mühüm əlaqələrinin həm
ikitərəfli əsasda, həm də beynəlxalq səviyyədə, o cümlədən
Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və
Qoşulmama Hərəkatı çərçivəsində daha da inkişaf edəcəyinə
ümidvaram.

Allah-Taala Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik,
Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah nəsib etsin.

Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir