TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib

Baş səhifə

Bahadur Məhərrəm oğlu Rzayev TƏBİB-in İcraçı direktorunun müavini təyin edilib.

Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.

Qeyd edək ki, Məhərrəm Rzayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində departament rəhbəri vəzifəsində çalışıb, reabilitasiya xidmətlərinin təşkili, keyfiyyətə nəzarət və xidmətlərin idarə olunması istiqamətlərində fəaliyyət göstərib. Daha sonra həmin Agentliyin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

Yeni təyinatından əvvəl o, TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir