
Bakı. Trend:
“Bakı Metropoliteni” QSC yay qrafikinə keçir.
Bu barədə səhmdar cəmiyyətin məlumat yayıb.
Məlumata əsasən, iyunun 16-dan Bakı metropoliteninin hərəkət
cədvəli dəyişdiriləcək. Ali məktəblərdə və ümumtəhsil
müəssisələrində müntəzəm tədris prosesinin başa çatması, həmçinin
fəal istirahət dövrünün başlanması ilə əlaqədar sərnişin axınının
azalmasını nəzərə alan “Bakı Metropoliteni” qatarların hərəkətini
yay qrafikinə uyğun təşkil edəcək.
Dəyişiklikdən sonra “28 May−Əhmədli” sahəsində qatarlararası
interval iş günləri pik saatlarda 2 dəqiqə 18 saniyə, şənbə
günlərində 2 dəqiqə 30 saniyə, bazar günlərində isə 3 dəqiqə
olacaq.
“Bakmil” və geri istiqamətdə hərəkət cədvəli Bakı
metropoliteninin saytında dərc ediləcək. Bənövşəyi xətt, həmçinin “Cəfər Cabbarlı−Xətai” və “Həzi Aslanov−Əhmədli” mənzillərində
qatarların hərəkət cədvəli dəyişməyəcək”, – məlumatda qeyd
olunub.
Nəzarət tədbirləri və monitorinqlər davam etdiriləcək, zərurət
yarandıqda xəttə buraxılması üçün ehtiyat qatarlar hazır
saxlanılacaq.
Yay hərəkət qrafiki yeni tədris mövsümü başlanana qədər qüvvədə
olacaq.

