ING Azərbaycanın ÜDM artımı üzrə proqnozunu yeniləyib

Baş səhifə

Bakı. Trend:

Niderlandın ING bank qrupu Azərbaycanın ÜDM artımı üzrə 2029-cu
ilədək yenilənmiş proqnozunu açıqlayıb.

Analitiklərin qiymətləndirməsinə əsasən, 2026-cı ildə illik ÜDM
artımı 2 faiz təşkil edəcək. Halbuki əvvəlki proqnozda bu
göstəricinin 2,2 faiz səviyyəsində olacağı gözlənilirdi.

2027-ci il üzrə proqnoz dəyişməyərək 3 faiz səviyyəsində
saxlanılıb, 2028-ci ildə isə ÜDM-in 2,3 faiz artacağı
gözlənilir.

2026-cı il üzrə rüblük göstəricilərə gəlincə, ikinci rübdə 2
faiz, üçüncü rübdə 3 faiz, dördüncü rübdə isə 3,3 faiz artım
proqnozlaşdırılır.




2027-ci ildə dinamikanın belə olacağı gözlənilir: birinci rübdə
3 faiz, ikinci rübdə 3,5 faiz, üçüncü rübdə 2 faiz, dördüncü rübdə
isə 3,5 faiz artım.

Azərbaycan Dövlət Statistika Komitəsinin son məlumatlarına
əsasən, cari ilin yanvar-may aylarında ölkədə 51,784 milyard
manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər
1 faiz azalaraq 16,125 milyard manat təşkil edib, qeyri-neft-qaz
sektorunda isə 0,4 faiz artaraq 35,658 milyard manata çatıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir