
Bakı. Trend:
Niderlandın ING bank qrupunun qiymətləndirməsinə görə,
Azərbaycanda inflyasiyanın 2026 və 2027-ci illərdə 5,5 faiz
səviyyəsində olacağı gözlənilir.
Qeyd edək ki, əvvəlki proqnozda Azərbaycanda bu göstəricinin
müvafiq olaraq 5,4 faiz və 5,2 faiz səviyyəsində olacağı
gözlənilirdi.
ING-nin saytında dərc olunan proqnoza əsasən, cari ilin ikinci
rübündə inflyasiya 5,5 faiz, üçüncü rübündə 5,4 faiz, dördüncü
rübündə isə 5,6 faiz təşkil edəcək.
2027-ci ilin birinci rübündə inflyasiyanın 5,5 faiz, ikinci
rübündə 5,6 faiz, üçüncü və dördüncü rüblərində isə 5,5 faiz
səviyyəsində olacağı proqnozlaşdırılır.
2028-ci ildə isə inflyasiyanın 5,3 faiz olacağı gözlənilir.
Azərbaycan Dövlət Statistika Komitəsinin son məlumatlarına
əsasən, cari ilin yanvar-may aylarında ölkədə istehlak qiymətləri
indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz artıb.
Cari ilin ilk beş ayında Azərbaycanda 51,784 milyard manatlıq
ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər
1 faiz azalaraq 16,125 milyard manat təşkil edib, qeyri-neft-qaz
sektorunda isə 0,4 faiz artaraq 35,658 milyard manata çatıb.

