
Bakı. Trend:
Almaniya kansleri Fridrix Merts bəyan edib ki, lazımi şərait
yaradılan kimi ölkəsi Hörmüz boğazında təhlükəsizliyin təmin
edilməsində iştirak etməyə hazırdır.
Xarici media yazır ki, Merts münaqişə bitdikdən sonra Fars
körfəzi bölgəsində məsuliyyəti öz üzərimizə götürməyə hazır
olduqlarını bəyan edib.
“Lazımi şərtlər yaranan kimi Hörmüz boğazında təhlükəsizliyin
təmin edilməsinə töhfə verməyə hazırıq. O vaxta qədər münaqişənin
diplomatik yolla həllini müdafiə edəcəyik. Məqsədimiz dəyişməz
olaraq qalır: İran nüvə proqramını dayandırmalıdır”, – deyə Metrs
qeyd edib.
Eyni zamanda, o, İsrailin və bütün regionun təhlükəsizliyi təmin
edilməli olduğunu vurğulayıb və əks halda regionda sülh
olmayacağını iddia edib.
Daha əvvəl İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi
Qərargahı ABŞ-ın onun ərazisinə təkrar zərbələri qarşısında
Tehranın Hörmüz boğazından keçən gəmilərin hərəkətini tamamilə
bağlamaq qərarına gəldiyini açıqlamışdı. Sepah Hərbi Dəniz
Qüvvələri də öz növbəsində boğazdan keçməyə çalışan ən azı iki
gəmini vurduğunu vurğulamışdı.

