Culfada binada yanğında xəsarət alan azyaşlı ölüb, anasının müalicəsi davam edir – FOTO – YENİLƏNİB

Baş səhifə

Bu gün Culfa şəhərində baş verən yanğın zamanı xəsarət alan 2023-cü il təvəllüdlü Zeynalov Emil Cəfər oğlu ölüb.

APA xəbər verir ki, azyaşlının anası 2004-cü il təvəllüdlü Zeynalova Fidan Dünyamin qızının müalicəsi davam etdirilir.

***

14:18

Culfa şəhərində yaşayış binasında yanğın olub.

APA xəbər verir ki, hadisə şəhərdəki 5 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Hadisə yerinə FHN-in qüvvələri cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 2004-cü il təvəllüdlü Fidan Zeynalova və onun 2023-cü il təvəllüdlü övladı xəsarət alıb. Onlar əvvəlcə Culfa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir