
Cari tədris ilində ölkə üzrə ümumilikdə 116 min 550 nəfər məzun olur.
Bu barədə APA-ya MÜTDA-dan məlumat verilib.
Qeyd edilib ki, onlardan 55 min 954 nəfəri qız, 60 min 596 nəfəri oğlan şagirdlərdir.
Bu il işğaldan azad edilmiş ərazilərdə yerləşən, 11-də ilk dəfə olmaqla ümumilikdə 25 ümumi təhsil müəssisəsində “Son zəng” tədbiri keçiriləcək və 171 nəfər məzun olacaq.

