Nazirlər Qarabağ Universitetinin Klinikasında olublar (FOTO)

Baş səhifə

Bakı. Trend:

Səhiyyə naziri Teymur Musayev və Elm və təhsil naziri Emin
Əmrullayev Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri
fakültəsinə və Qarabağ Universitetinin Klinikasına rəsmi səfər
ediblər.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, qonaqlar əvvəlcə
Qarabağ Universitetinin əsas binası ilə tanış olub, universitet
rəhbərliyi tərəfindən həyata keçirilən təhsil və inkişaf
strategiyası barədə məlumatlandırılıblar. Daha sonra nümayəndə
heyəti Tibb və sağlamlıq elmləri fakültəsinin tədris infrastrukturu
– auditoriyalar, tədqiqat və tədris laboratoriyaları, həmçinin
Simulyasiya Mərkəzi ilə yaxından tanış olub. Qonaqlara praktik
bacarıqların inkişafına yönəlmiş tədris imkanları və tələbələrin
peşəkar hazırlığı üçün yaradılmış şərait barədə ətraflı məlumat
verilib.

Nümayəndə heyəti daha sonra Qarabağ Universitetinin Klinikasına
baş çəkərək klinikanın şöbələri, laboratoriyaları, müasir tibbi
avadanlıqları və səhiyyə xidmətlərinin təşkili ilə tanış olub. Eyni
zamanda tələbə yataqxanası ilə də tanışlıq olub.

Rəsmi proqram çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev
və səhiyyə naziri Teymur Musayev fakültənin tələbələri, akademik
heyəti və klinikanın əməkdaşları ilə görüş keçiriblər. Görüş zamanı
ölkədə tibb təhsilinin inkişafı, səhiyyə sistemində insan
resurslarının gücləndirilməsi, gənc həkimlərin hazırlığı və
elmi-tədqiqat fəaliyyətinin təşviqi məsələləri müzakirə olunub.

İnteraktiv formatda keçən görüşdə iştirakçıları maraqlandıran
suallar cavablandırılıb.




Nazirlər iştirakçıların suallarını cavablandıraraq dövlətin
təhsil və səhiyyə sahələrinin inkişafına yönəlmiş prioritetləri
barədə məlumat verib, səhiyyə sahəsində aparılan islahatlarla bağlı
fikirlərini bölüşüb, gənclərin peşəkar inkişafına və keyfiyyətli
tibb təhsilinin təmin edilməsinə xüsusi önəm verildiyini
vurğulayıblar.

Görüş zamanı Qarabağ Universitetinin regionda yüksək ixtisaslı
tibbi kadrların hazırlanmasında oynadığı rol, universitet-klinika
modelinin üstünlükləri, eləcə də Qarabağda müasir səhiyyə və təhsil
ekosisteminin formalaşdırılması istiqamətində görülən işlər diqqət
mərkəzində olub.

Tədbir bədii hissə ilə davam etdirilib.

Səfər iştirakçıların xatirə fotosu çəkdirməsi ilə
yekunlaşıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir