Qambiya Respublikasının Prezidenti Prezident İlham Əliyevi təbrik edib

Baş səhifə

Bakı. Trend:

Qambiya Respublikasının Prezidenti Adama Barrou Prezident İlham
Əliyevə məktub ünvanlayıb.

Məktubda qeyd olunub:

“Ölkənizin Müstəqillik Günü münasibətilə Qambiya Respublikası
Hökuməti və xalqı adından Sizə, Azərbaycan Respublikası Hökumətinə
və xalqına ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan
məmnunam.

Qambiya Respublikası ilə Azərbaycan Respublikası arasında
qarşılıqlı hörmətə, ortaq dəyərlərə və beynəlxalq əməkdaşlığın,
inkişafın təşviqi ilə bağlı birgə səylərə əsaslanan uzunmüddətli
dostluq münasibətləri inkişaf etmişdir.

Qəti şəkildə əminəm ki, müdrik rəhbərliyinizlə ölkələrimiz və
xalqlarımız arasında təhsil, gənclərin inkişafı və bu sahələrdə
potensialın artırılması istiqamətlərində əməkdaşlıq qarşılıqlı
fayda naminə dərinləşməkdə davam edəcək.

Fürsətdən istifadə edərək ölkələrimiz arasında ikitərəfli
münasibətlərin daha da möhkəmləndirilməsində Sizinlə işləməyə hazır
olduğumu bir daha təsdiq edirəm.

Bu əlamətdar bayram münasibətilə Sizə və Azərbaycan xalqına
rifah arzulayıram”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir