
Bakı. Trend:
Bu axşam İrana qarşı həyata keçirilməsi nəzərdə tutulan hücum və
bombardmanlar dayandırılıb.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial
şəbəkəsində yazıb.
“İran ilə aparılan danışıqların nəticələrinin ölkənin ali
rəhbərliyinə təqdim olunaraq təsdiqlənməsindən sonra ABŞ Prezidenti
kimi bu axşam İrana qarşı həyata keçirilməsi nəzərdə tutulan hücum
və bombardmanların dayandırılması barədə qərar qəbul etdim”, – deyə
o bildirib.
Tramp qeyd edib ki, aparılan müzakirələr və əldə olunan yekun
razılaşmalar həm ümumi konsepsiya, həm də detallı məzmun baxımından
ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Türkiyə, Pakistan,
Bəhreyn, Küveyt, İordaniya, Misir və digər ölkələr tərəfindən
təsdiqlənib.
“Bu saziş yekunlaşana qədər dəniz blokadası tam şəkildə qüvvədə
qalacaq. Sənədin imzalanacağı tarix və məkan yaxın vaxtlarda
açıqlanacaq”, – deyə o əlavə edib.

