DÇ-2026: Cənubi Koreya Çexiyanı məğlub edib

Baş səhifə

Futbol üzrə 2026-cı il dünya çempionatının A qrupunda Cənubi Koreya millisi Çexiya yığması üzərində 2:1 hesablı qələbə qazanıb.

APA xəbər verir ki, görüşdə hesabı 59-cu dəqiqədə Çexiya millisinin futbolçusu Ladislav Kreyçi açıb.

Cənubi Koreya isə geri dönüş etməyi bacarıb. Komandanın qollarını 67-ci dəqiqədə Hvan İn Bom və 80-ci dəqiqədə O Hyon Gyu vurublar.

Bu nəticə ilə Cənubi Koreya qrup mərhələsində vacib qələbə əldə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir