Cənub Koreya millisi dünya çempionatında Çexiyanı məğlub edib

Baş səhifə

Bakı. Trend:

Koreya Respublikası milli komandası dünya çempionatının qrup
mərhələsinin ilk turunda Çexiyanı 2:1 hesabı ilə məğlub edib.

Trend-in
məlumatına görə, görüş Meksikanın Qvadalaxara şəhərində
keçirilib.




Qalib komandanın heyətində qolları Hvan İn Bom (67-ci dəqiqə) və
O Hyon Gyu (80-ci dəqiqə) vurublar. Məğlub olan komandanın yeganə
qoluna isə Ladislav Kreyçi (59-cu dəqiqə) imza atıb.

Hvan İn Bomun aktivində həmçinin məhsuldar ötürmə də var.
Koreyalıların qələbə qolundan üç dəqiqə əvvəl çexiyalılar rəqib
qapısına yol tapsalar da, Tomaş Souçekin qolu ofsayd səbəbindən
qeydə alınmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir