Xamenei Trampla sazişi təsdiqlədi – ABŞ lideri AÇIQLADI

Baş səhifə

ABŞ Prezidenti Donald Trump Oval kabinetdə jurnalistlərə bildirib ki, onun məlumatına görə, İranın ali lideri Müctəba Xamenei Vaşinqton və Tehran arasında hazırda razılaşdırılmasının son mərhələsində olan sazişi təsdiqləyib.

Modern.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Tramp deyib ki, onun bildiyinə əsasən, İran rəhbərliyinin sazişi təsdiqləyib-təsdiqləmədiyi ilə bağlı sualın cavabı müsbətdir.

“Mənim başa düşdüyümə görə, cavab bəlidir”, – deyə ABŞ prezidenti bildirib.

Tramp həmçinin qeyd edib ki, saziş yekun şəkildə rəsmiləşdirildikdən sonra ABŞ dərhal İran limanlarına tətbiq olunan dəniz blokadasını ləğv edəcək.

“Və onda neft qiymətləri daş kimi aşağı düşəcək”, – deyə Amerika lideri vurğulayıb.

Son saatlarda Tramp İranla razılaşmanın yaxın olduğunu dəfələrlə bəyan edib və sənədin əsas müddəalarının artıq razılaşdırıldığını bildirib. Lakin İran hakimiyyəti hələlik bu açıqlamaları rəsmi şəkildə təsdiqləməyib.

Bloomberg agentliyinin məlumatına görə, Tehran və Vaşinqton arasında mesaj mübadiləsi İranın ali lideri Müctəba Xameneinin yeri gizli saxlanəılmaqla kuryerlərin iştirakı ilə mürəkkəb sxem üzrə həyata keçirilir. Ölkədə internetlə bağlı problemlər isə vəziyyəti daha da çətinləşdirib.

Agentliyin məlumatına görə, ABŞ nümayəndələrinin təklifləri dolayı diplomatik yollarla ötürülür və çox vaxt İran tərəfinin kuryerlərindən istifadə olunur ki, ali lider Müctəba Xameneinin olduğu yer məxfi qalsın.

Mənbələrin sözlərinə görə, ABŞ və İran arasındakı ünsiyyət daha çox danışıqlardan çox, ağır və vaxt aparan bir prosesə bənzəyir; mesajların qarşılıqlı ötürülməsi bəzən bir neçə gün çəkə bilir.

Bloomberg qeyd edir ki, müharibə dövründə İranda internet bağlantısının qeyri-sabit olması prosesi daha da çətinləşdirib. Bəzi hallarda WhatsApp vasitəsilə göndərilən mesajların çatdırılması 48 saata qədər vaxt aparıb.

Mənbələrin bildirdiyinə görə, Vaşinqtonun mesajları kuryerlərə çatdırılmadan əvvəl Pakistan rəsmilərindən keçir. Onlar bu mesajları telefon danışıqları və şəxsi görüşlər zamanı Tehrana ötürürlər.

Agentliyin mənbəsinin sözlərinə görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff İranın xarici işlər naziri Abbas Araqçı ilə birbaşa əlaqə kanalını saxlayır və Vaşinqton bu kanaldan tez-tez istifadə edib.

Bundan əlavə, Bloomberg-in məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) danışıqların ləng getməsindən narazı qaldığı üçün münaqişənin başlanmasından sonra ilk dəfə İran nümayəndələri ilə üzbəüz görüş keçirmək qərarına gəlib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir