Yuk avtomobilin ildırım vurdu, maşın kül oldu

Baş səhifə

Ağdaşda yük avtomobilini ildırım vurub, yanğın baş verib.

Modern.az xəbər verir ki, hadisə iyunun 11-də gecə saatlarında Ağdaş rayonunun Ləki kəndi ərazisində qeydə alınıb.

Nurlan Allahverdiyevin idarə etdiyi “DAF” markalı yük avtomobili ildırım düşməsi nəticəsində alovlanıb.

Nəticədə avtomobilin yanar konstruksiyaları və yük hissəsində olan soyuducular yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir